QAT-ın məktubuna Bakı meriyasından cavab gəlib
27 May 2011 Cümə 13:31
Qurum ümid edir ki, tezliklə bəzi məzarlar tezliklə Fəxri xiyabandan çıxarılacaq
Qarabağ Azadlıq Təşkilatının (QAT) Fəxri xiyabandakı bəzi məzarların oradan çıxarılması ilə bağlı bu il martın 30-da Milli Məclisə göndərdiyi məktuba Bakı şəhər icra hakimiyyətindən cavab gəlib. QAT-dan ANS PRESS-ə verilən məlumata görə, cavab məktubunda göstərilir: “1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş bəzi şəxslərin məzarlarının Birinci Fəxri Xiyabandan götürülməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisindən Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş məktubunuza cavab olaraq bildiririk ki, qaldırılan məsələ dövlət səvyyəsində həll edilir”.

Xatırladaq ki, QAT-ın həmin məktubunda Fəxri Xiyabanda 20-ə qədər məzarın üzərində “müsavatçılar tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”, “əksinqilabçılar tərəfindən vəhşicəsinə öldürülmüş”, “Müsavat qatillərinin əli ilə öldürülmüş” kimi təhqiramiz ifadələr yazıldığı göstərilir və bu məzarların orada qalmasının yolverilməz olduğu bildirilirdi.

QAT verilən cavabı müsbət qiymətləndirir və ümid edirik ki, həmin məzarlar tezliklə oradan çıxarılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar