Qasırğa Füzuli rayonunu viran qoydu
14 May 2014 Çərşənbə 10:35
Füzulidə ümumilikdə 50-dən çox dam örtüyü sıradan çıxıb.
Füzuli rayonunda ötən axşam baş verən güclü qasırğanın fəsadları müəyyənləşib. ANS PRESS-in bölgə müxbirinin rayon İcra Hakimiyyətindən aldığı məlumata görə külək Qayıdış və Zobcuq qəsəbələrində 30, ümumilikdə rayon üzrə görə 50-dən çox fərdi yaşayış evinin dam örtüyünü atıb.

Onlarla ağacı kökündən çıxarıb. 15-ə yaxın elektik dirəyi aşıb. Elektrik xətləri sıradan çıxıb. Hazırda rayonun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsi dayanıb. Aşmış ağaclar yollardan təmizlənib.

Avtomobillərin hərəkətində məhdudiyyət yoxdur. Icra hakimiyyətindən verilən məlumata görə 2-3 saat ərzində elektrik enerjisinin tam bərpa olunması üşün iş aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar