Qarın Bakıya gətirdiyi elektrik fəsadları
19 Mart 2010 Cümə 12:35
"Bakıelektrikşəbəkə" günortaya qədər elektrik verilişinin bərpa olunacağını bildirir.
Ötən gündən bəri ölkə ərazisində müşahidə olunan qar və güclü külək paytaxtda elektrik enerjisinin verilməsində fasilələr yaradıb. Gecə boyu şəhərin bəzi məntəqələrində elektrik enerjisi olmayıb.

"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ANS-ə açıqlamasında bildirib ki, güclü külək bəzi hava xətlərində problemlər yaradıb, sıçrayışlar qeydə alınıb. Dünəndən başlayan güclü külək axşam saatlarından Səbail rayonu 20-ci sahə, Badamdar qəsəbəsi, Əzizbəyov rayonu, Binə, Buzovna, Mərdəkan kəndlərində, Xətai rayonu Zığ şosesi, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazilərində elektrik enerjisinin verilişində problemlər yaranıb.

Onun sözlərinə görə, bu dəqiqələrə qədər qəza xidməti ərazidə işləyir. Müəyyən yerlərdə, o cümlədən 20 - ci sahə, Buzovna, Rəsulzadə, Əhmədli, Badamdar qəsəbələrində işıq verilişi artıq bərpa olunub. Həzi Aslanov qəsəbəsində isə bərpa işləri davam edir. Ümumilikdə isə ötən gündən bəri enerjisi kəsilmiş ərazilərdə günorta saatlarına qədər bərpa işləri yekunlaşdırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar