Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi və Səbael rayonunun “20-ci sahə” yaşayış massivində əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün Kür magistral kəmərindən yeni xətlər çəkilir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, yeni xətlərin kəmərə birləşdirilməsi işləri ilə əlaqədar iyulun 1-i axşam saatlarından Kürdən Bakıya su ötürən 3 magistral xəttin biri ilə su verilişi müvəqqəti dayandırılacaq.
“Azərsu” ASC istehlakşıların nəzərinə çatdırır ki, xətlərin qoşulması ilə əlaqədar iyulun 1-i və 2-də Hacıqabul rayonunun yaşayış məntəqələrinin, Səngəçal, Sahil və Xocasən qəsəbələrinin bir hissəsinin içməli su təminatında məhdudiyyətlər olacaq. ANSPRESS
Qaradağın su təchizatında fasilələr yaranacaq
Bakının Səngəçal, Sahil və Xocasən qəsəbələrinin bir hissəsinin içməli su təminatında məhdudiyyətlər olacaq.




Şərhlər