Qarabağla bağlı yaranmış vəziyyət bizi çox narahat edir
21 Aprel 2011 Cümə Axşamı 14:08
Sabina Freyzer: “Qarabağla bağlı yaranmış vəziyyət bizi çox narahat edir”


Bakı – APA. Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının rəhbəri Sabina Freyzer Azərbaycanla Ermənistan arasında qısamüddətli müharibəni mümkün saymadığını deyib. APA-nın Ermənistanın “Aravot” qəzetinə istinadən verdiyi məlumata görə, S. Freyzer İstanbulda erməni jurnalistləri ilə görüşüb. O bildirib ki, Azərbaycanda qəfil hücumla qələbə qazanacaqlarını, Ağdamı, Füzulini götürəcəklərini düşünürlər: “Hesab edirəm ki, bu, heç vaxt mümkün deyil. Azərbaycanlılar hücuma başlasa erməni tərəfi də reaksiya verəcək və heç də sadə olmayan bir vəziyyət yaranacaq”.

Ekspert əmindir ki, müharibə Türkiyəyə də lazım deyil. Ermənistan-Türkiyə münasibətlərinə toxunan S. Freyzer bu sahədə müəyyən tərəqqinin olduğunu söyləyib: “Əlbəttə, sərhədlər hələlik açılmayıb. Lakin ermənilər və türklər dialoq aparır, bir-birini anlamağa çalışır. Bununla yanaşı, prosesin Azərbaycan və Ermənistan tərəfində heç bir irəliləyiş yoxdur. Üstəlik, vəziyyət gərginləşir. Azərbaycan öz mövqeyində israrlıdır, ermənilərə isə yalnız Qarabağın müstəqilliyi lazımdır. Bu, bizi çox narahat edir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar