“Qarabağla bağlı sülh sazişi üzərində işə başlamağın vaxtı çatıb”
19 May 2011 Cümə Axşamı 12:27
"ABŞ ATƏT-in Minsk qrupu ilə qarşılıqlı əlaqələrini artıracaq"
“İşləri başa çatdırmağın və Dağlıq Qarabağ tənzimlənməsinin baza prinsiplərini təsdiqləməyin, sülh sazişi üzərində işə başlamağın vaxtı çatıb”. Bunu ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon mayın 18-də Senatın Xarici əlaqələr komitəsinin Avropa işləri üzrə alt komitəsində çıxışı zamanı bildirib. Bu barədə məlumat ABŞ Senatının rəsmi saytında yerləşdirilib.
“Bizim Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlarla Qafqazdakı birgə səylərimiz irəliləyişi təmin edib, lakin ərazilər ətrafındakı mübahisələr və gələcək siyasi və iqtisadi islahatların zəruriliyi sabitlik üçün başlıca maneə olaraq qalır”, deyə F. Qordon qeyd edib.
Filipp Qordonun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində dinc nizamlanmaya nail olmaq üçün ATƏT-in Minsk qrupu ilə qarşılıqlı əlaqələrini artıracaq.
DOSTLARINLA PAYLAŞ: