“Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır”
01 İyun 2011 Çərşənbə 12:02
Elmar Məmmədyarovla görüşən Ban Ki-Mun buna ehtiyacın olduğunu bildirib
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-i BMT-nin baş katibi Ban Ki-Munla görüşüb. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, görüş nazirin ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT-nin Baş qərargahında baş tutub.

Məlumata görə, görüş zamanı BMT-nin baş katibi Ban Ki-Mun rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirdiyinə görə məmnunluğunu bildirib.

Daha sonra E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqılar prosesi haqqında baş katibə ətraflı məlumat verib. Ban Ki-Mun münaqişənin sülh yolu ilə tezliklə həll edilməsinə ehtiyacın olduğunu qeyd edib və bu istiqamətdə nəticələri gözlədiyini bildirib.

Nazir E. Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri həmsöhbətinin diqqətinə çatdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar