Qarabağ münaqişəsi tərəfləri ritorikalarına diqqət yetirməlidirlər
29 Aprel 2011 Cümə 13:20
“Tərəflər güc tətbiqinin qeyri-məqbul olduğunu anlamalıdır"
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zonasının təmas xəttində davam etməkdə olan insidentlərdən ciddi şəkildə narahatdır. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) genişləndirmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle bildirib.

Ermənistan mətbuatının məlumatına görə, o, qeyd edib ki, münaqişə tərəfləri güc tətbiqi yolu ilə həll variantının qeyri-məqbul olduğunu anlamalıdırlar. Bununla yanaşı, Fülye bildirib ki, tərəflər ritorikalarına diqqət yetirməlidirlər. Onun nəzərincə, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müəyyən irəliləyiş var, eyni zamanda hərbi bəyanatlar bu prosesin irəliləməsinə mane olur.

Ştefan Fulenin sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun səylərinə dəstəyi davam etdirəcək.

“Münaqişə beynəlxalq hüquq prinsipləri – güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratlarını təyin etmə hüquqları əsasında sülh yolu ilə nizamlanmayanadək qonşuluq olmayacaq”, - deyə Füle bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar