Ağdamın “Qarabağ” klubunun 11 futbolçusu düşərgədən ayrılacaq. Buna səbəb futbolçuların milliyə dəvət almasıdır. “Qarabağ” futbol klubundan ANS PRESS-ə verilən məlumata görə, iyunda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarıyla əlaqədar olaraq klubun düşərgəsinə faks daxil olub.
AFFA-dan gələn faksda 8 futbolçunun - Fərhad Vəliyev, Rəşad Sadıqov, Maksim Medvedev, Rəşad Sadiqov, Elvin Məmmədov, Vüqar Nadirov, Əfran İsmayılov, Rauf Əliyev mayın 20-də saat 16:00-da AFFA-ya dəvət olunur. Millimiz iyunun 3-də Qazaxıstan, iyunun 7-də isə Almaniya ilə qarşılaşacaq.
Albaniya federasiyasından gələn faksda isə “Qarabağ”ın futbolçularından müdafiəçilər Admir Teli və Ansi Aqollinin mayın 30-da ölkə millisinin düşərgəsində olması göstərilir. Eyni zamanda Latviya millisi üçün də “Qarabağ”ın yarımüdafiəçisi Andrey Rubinsə dəvət gəlib.
“Qarabağ” heyətinin yarısı ilə vidalaşacaq
Ağdam təmsilçisinin 11 üzvünə müxtəlif yığmalardan dəvət gəlib




Şərhlər