Ölkə

Qarabağ gündəliyi işıq üzü gördü

Bülletendə Qarabağ nizamlanması ilə bağlı məsələlər yer alıb

· Xəbərçi
Qarabağ gündəliyi işıq üzü gördü
Qarabağ Azadlıq Təşkilatı “Qarabağ gündəliyi” adlı nəşri çap edib. Bu gün kitabı təqdim edən təşkilatın sədri Akif Nağı bildirib ki, bülleten son 6 ay ərzində Azərbaycanın Ermənistan silahli qüvvələri tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi prosesi və Qarabağ danışıqlarının gedişi ilə bağlı baş verən hadisələri, həyata keçirilən tədbirləri, irəli sürülən fikir və mülahizələri özündə əks etdirir.

Eyni zamanda sözügedən nəşrdə Qarabağ danışıqları ilə bağlı ayrı-ayrı zamanlarda təklif olunan variantlar, Azərbaycan və xarici ekpertlərin, beynəlxalq təşklatların verdiyi rəylərin xronologiyası yer alıb. ANSPRESS

Şərhlər