Qapıçayın vurduğu ziyanın həcmi hesablanır
30 May 2010 Bazar 19:50
Qapıçayın vurduğu ziyanın həcmi hesablanır. Tahir İsmayılov: "Suyun azadılması üçün səylər artırılıb".
Gecə saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinə, əsasən də Qax və Şəki rayonlarına leysan yağışlar yağıb. Ən böyük ziyan Qax rayonuna dəyib. Rayon fövqəladə hallar komissiyasının sədri Tahir İsmayılovun ANS-ə verdiyi məlumata görə, yağan leysan yağışlar nəticəsində mənbəyi Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən başlayan Qapıçayda suyun səviyyəsi artıb. “Qapıçay çayında suyun səviyyəsi qalxıb. 135 evin həyəti, camaatın mal-qarası, təssərüfatı suyun içindədir. Bununla əlaqədar fövqəladə hallar komissiyasının bütün üvzləri həmin yerlərdədir. Əhaliyə dəymiş ziyanı hesablayırlar”, - deyə o bildirib.

T.İsmayılov həmçinin qeyd edib ki, əraziyə “Meliorasiya və su təssərüfatı” ASÇ-nin texnikası cəlb olunub: “Suyun azadılması üçün səylər artırılıb. İnsan tələfatı yoxdur. FHN–nin nümayəndələri həmin ərazidədir. Yanğınsöndürən maşınlarla həyətlərə dolan suları çəkməyə çalışırlar”.

Qeyd edək ki, Qapıçayın məcrasından çıxması nəticəsində rayonun 1000 nəfərə yaxın sakini olan Marsan kəndində evləri və həyətyanı sahələri su basıb. Qaxın Qarabaldır kəndinin su basması nəticəsində kəndin ərazisindən keçən Yevlax-Balakən magistral yolunun bir hissəsi də sıradan çıxıb. Səhər saatlarından magistralla nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar