Qanunsuz ov hallarına qarşı mübarizə davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları Altıağac Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 5 nəfər saxlayıblar. Nazirliyin mətbuat xidmətidən ANS PRESS-ə verilən məlumata görə, onlardan 5 ov silahı götürülüb, 1 nəfərə inzibati qaydada cərimə tətbiq edilib, digər 4 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üçün Xızı rayon polis şöbəsinə müraciət olunub.
Ağgöl Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 8 nəfər saxlanılaraq onlardan 8 ov silahı və 96 patron götürülüb, 6 nəfərə inzibati qaydada cərimə tətbiq olunub, digər 3 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üçün Ağcabədi rayon polis şöbəsinə müraciət edilib.
Hirkan Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər saxlanılıb, ondan 1 ov silahı götürülərək inzibati qaydada cərimə olunub.
Şirvan Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər saxlanılaraq ondan 1 ov silahı, 17 patron və 1 patrondaşı götürülüb və həmin şəxs inzibati qaydada cərimə edilib.
Şahdağ Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 9 nəfər saxlanılıb, onlardan 9 ov silahı, 4 patron və 1 baş Dağıstan turu götürülüb və qanunu pozmuş şəxslərin hər biri inzibati qaydada cərimə olunublar.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb, onlardan 3 ov silahı və 44 patron götürülüb və həmin şəxslər inzibati qaydada cərimə edilib.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ovla məşğul olan 8 nəfər saxlanılıb, onlardan 8 ov silahı və 10 patron götürülüb, 7 nəfər inzibati qaydada cərimə edilib, 1 nəfərin isə şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Balakən rayon polis şöbəsinə müraciət olunub.
İlisu Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər saxlanılıb, ondan 1 ov silahı və 4 patron götürülüb və inzibati qaydada cərimə edilib.
Samux Dövlət Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılıb, onlardan 5 ov silahı və 4 patron götürülərək hər birinə inzibati qaydada cərimə tətbiq olunub.
Qırmızıkənd Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 4 nəfər saxlanılaraq onlardan 4 ov silahı və 2 patron götürülüb və hər biri inzibati qaydada cərimə edilib.
Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb, onlardan 3 ov silahı və 4 patron götürülərək hər birinə inzibati qaydada cərimə tətbiq olunub.
Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 2 nəfər saxlanılaraq onlardan 2 ov silahı və 40 patron götürülüb və hər biri inzibati qaydada cərimə edilib.
Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 7 nəfər saxlanılıb, onlardan 7 ov silahı və 4 patron götürülərək hər biri inzibati qaydada cərimə olunub, 1 nəfərin isə ov hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Ağzıbir Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb, onlardan 3 ov silahı və 5 baş ördək götürülərək həmin şəxslər inzibati qaydada cərimə olunub.
Uludüz Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər saxlanılaraq ondan 1 ov silahı götürülüb və həmin şəxsə inzibati qaydada cərimə tətbiq edilib.
Ümumilikdə, 1 yanvar - 27 mart tarixlərində aparılan araşdırmalar zamanı 61 nəfər qanun pozucusundan 61 ov silahı, 229 patron götürülüb və qanun pozucularına qarşı 52 600 manat məbləğində cərimə tətbiq edilib. ANSPRESS
Qanunsuz ovla məşğul olan 61 nəfər saxlanılıb
Onlardan 61 ov silahı, 229 patron götürülüb.




Şərhlər