Qana Dünya çempionu oldu
17 Oktyabr 2009 Şənbə 11:50
Bu ölkənin 20 yaşadək futbolçuları Braziliya yığmasını məğlub ediblər
20 yaşadək futbolçuların Dünya çempionatına yekun vurulub. Mundialın final qarşılaşmasında Qana və Braziliya yığmaları üz-üzə gəliblər. Matçın 37-ci dəqiqəsində Qana yığma komandasının üzvü Addo hakim tərəfindən qırmızı vərəqə görərək meydandan qovulub. Braziliya futbolçuları bu üstünlükdən istifadə edə bilməyərək görüşün əsas vaxtında hesabı açmağa müvəffəq olmayıblar. Əlavə olunmuş vaxtda da, futbolçular fərqlənə bilməyincə oyunsonrası onbirmetrlik cərimə zərbələri təyin olunub. Penalti vuruşlarını dəqiq yerinə yetirən afrikalı futbolçular tarixlərində ilk dəfə olaraq Dünya çempionu tituluna sahib olublar. Braziliya yığması isə 5-ci dəfə Dünya çempionu olmaq arzularını sonrakı mundiala saxlayıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar