Tovuzda Qafqazın ən hündür körpüsünün tikintisi başa çatıb. Bu qurğu nəqliyyatın Tovuz şəhərinin mərkəzinə girmədən dairəvi yola çıxmasına imkan yaradır. Hündürlüyü 35 metr, uzunluğu 278 metr, eni 14 metr olan körpü rayon sakinlərinin təhlükəsizliyini təmin etmək, nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq məqsədilə Tovuzun mərkəzindən kənarında salınan yeni dairəvi yolun üzərində inşa edilib. Bu yol birbaşa "Qırmızı körpü"yə gedən "İpək yolu"na birləşir.
Qeyd edək ki, yeni körpü beş aşırımlıdır. Orta aşırımlar 63 metr, kənar aşırımlar isə 4,5 metrdir. Tovuz çayının üzərində salınan körpüdə tikilinin sel sularından və digər fəsadlardan qorunması üçün əlavə tədbirlər görülüb. Körpü tam işıqlandırılıb. ANSPRESS
Qafqazın ən hündür körpüsü
Tovuzda qafqazın ən hündür körpüsünün tikintisi başa çatıb




Şərhlər