Qafqazda seysmik təhlükəsizlik mövzusunda konfrans keçirilib
28 Mart 2011 Bazar Ertəsi 16:57
Gürcüstanda seysmik avadanlıqların quraşdırılması ilə bağlı azərbaycanlı mütəxəssislərin iştirakı ilə seminar - treninqlərin keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli 22-26 mart tarixində Gürcüstan Respublikasında səfərdə olub. Səfəri çərçivəsində AMEA RSXM-in Baş direktoru NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində “Qafqazda seysmik təhlükəsizlik” mövzusunda keçirilən konfransda iştirak edib.
Cənubi Qafqaz ölkələri, NATO və ABŞ-dan olan nümayəndələrin iştirakı ilə keçirilən müzakirələrdə regiondakı seysmogen vəziyyət, Azərbaycan və Gürcüstanın Seysmik Xidmət Mərkəzləri arasında təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə olunub.
Əldə olunmuş razılaşmaya əsasən layihə çərçivəsində bu ilin iyun ayında Azərbaycandan olan mütəxəssislərin iştirakı ilə Gürcüstanda seysmik avadanlıqların quraşdırılması ilə bağlı Azərbaycandan olan mütəxəssislərin və gənc alimlərin iştirakı ilə seminar - treninqlərin keçirilməsi nəzərdə tutulur. Eləcə də tərəflər arasında təcrübə mübadiləsini genişləndirmək məqsədi ilə Azərbaycanda gürcüstanlı mütəxəssislərin iştirakı ilə cöl ekspedisya işləri təşkil olunacaq.
DOSTLARINLA PAYLAŞ: