Qadın və uşaqlar arasında dini təriqət yayan şəxslər müəyyən edilib
15 Fevral 2010 Bazar Ertəsi 23:35
Həmin şəxslərdən qanunla qadağan olunan 1130 ədəd dini kitab götürülüb
Şəki rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Şahin Səmədov, Ələsgər Aslanov, Əsmayə Həsənova, Kəmalə Əzizova, Rəsul Quliyev, Rəfiqə Mustafayeva və Mehriban Əhmədovanın qadınlar və məktəb yaşlı uşaqlar arasında dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.
Saxlanılan şəxslərin evlərinə baxış zamanı qanunla qadağan olunan 1130 ədəd dini kitab, 500 ədəd broşura və buklet, 200 ədəd disk, 110 ədəd audio və videokasetlər aşkar edilərək götürülüb.
Faktla bağlı Şəki rayon polis şöbəsində araşdırmalar davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: