Qaçqınların problemlərinin həllinə 3,7 mlrd manat xərclənib
13 May 2011 Cümə 14:19
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.
2010-cu ildə Azərbaycanda hər bir qaçqın və məcburi köçkün üçün dövlət tərəfindən 684 manat xərclənib. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ qaçqınların və məcburi köçkünlərin məişət və digər problemlərinə sərf olunub

"2003-cü ildə dövlət tərəfindən hər bir qaçqına 121 manat xərclənib. Bu yolla 8 il ərzində hər bir qaçqın və məcburi köçkün üçün dövlət dotasiyası 5, 6 dəfə artıb. Bu, dünya ölkələri arasında dövlət tərəfindən qaçqınlara dəstəklə bağlı ən yüksək nəticədir", deyə komitə sədri bildirib.

Dövlət Komitəsinin sədrinin sözlərinə görə, 1993-cü ildən 2010-cu ilə qədər qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 3, 7 mlrd manat xərclənib.

"Bunun 2,1 milyard manatı - dövlət büdcəsindən, 860 milyon manatı Dövlət Neft Fondundan, 740 milyon manatı beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılıb. Bu müddət ərzində respublikada qaçqınlar və məcburi köçkünlər üçün 67 müasir qəsəbə, 100 min nəfərin məskunlaşdığı 20 min mənzil inşa edilib", deyə Ə. Həsənov əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar