Qaçqınların öz doğma torplaqlarına qayıdacağına əminəm
25 Aprel 2011 Bazar Ertəsi 13:59
"Tarixdə belə bir presdent yoxdursa belə, nə vaxtsa nədənsə başlamaq lazımdır"
"İnsanlar həmişə düşmənçilik içində yaşa bilməzlər, aksiomasından çıxış etmək lazımdır". ANS PRESS-in məlumatına görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın "Россия в глобальной политике" jurnalına verdiyi müsahibədə belə deyib. Müsahibəni olduğu kimi nəzərinizə çatdırırıq:
-Cənab nazir, Rusiya son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda aktiv rol oynayır. Siz nəticəni hiss edirsiniz?
-Mənim Sergey Lavrovla münasibətim kifayət qədər sıx və istidir. İndi Dmitri Medvedev də şəxsən münaqişənin həllinə daxil olduqdan sonra prezidentlər arasında da çox sıx və yaxın münasibət mövcuddur. Görüşlər mütəmadi olaraq keçirilir və görüşlərdə nümaqişənin həlli məsələsi durur. Bu əvvəllər də belə olub. Amma indi Dmitri Medvedev hər iki tərəfin məsələdəki mövqeyini, bizim bu və ya digər məsələyə necə münasibət göstərdiyimizi detallarına qədər bilir və prosesin donmaması, yerində dayanmaması və irəli hərəkət etməsi üçün səmimi olaraq qarşılıqlı ortaq nöqte tapmağa çalışır.
-Hərəkət edir?
-İrəliləyiş var. Məsələnin indiki vəziyyəti, status-kvo adlanan durum regionun inkişafının və qarşılıqlı münasibətlərin reqressinə səbəb olur. Çox sayda qaçqın və məcburi köçkün var. Üstəlik əlbəttə ki, hərbi faktor çox ciddidir. Bu konteskdə daha çox və daha çox hərəkət lazımdır, çünki bu status-kvo mənfi nəticələrə gətirib çıxaracaq.
-Siz münaqişəni dondurulmuş hesab etmirsiniz?
-Mən heç vaxt belə hesab etməmişəm. Əgər biz qoşunların təmas xəttində qüvvələri, atışmanı, partlayışları görürüksə, bunu necə dondurulmuş hesab etmək olar? İşğal edilmiş torplaqlar, ağır texnika və hərbi hava qüvvələrinin mövcudluğu bizi heç yerə aparmır. Yalnız hərdənbir olan atışmanın daha aktiv fazasına, bu isə heç nə deməkdir. Digər tərəfdən azərbaycanlılar daimi yaşayış yerlərindən qovulublar, oradan ki, ermənilər heç vaxt orada yaşamayıblar. Bu isə partlayış təhlükəli kütlədir -məsələnin həllini tələb edən 700 mindən çox insan.
-Bu faktor Azərbaycanın daxili siyasəti üçün zəruridirmi?
- Neftin satışından əldə olunan gəlirlər hesabına hər şeydən əvvəl çadır şəhərciklərində yaşayan qaçqınların yaşayının təmin edilməsi və əvvəllər yaşadıqları yerlərə mobil olaraq yerləşməyə imkanlarının olması üçün xüsusi dövlət proqramı mövcuddur
-Siz hesab edirsiniz ki, bu an gələcək?
-Tamamilə əminəm.
-Amma təəssüf ki, tarixdə kütləvi halda köçürülmüş insanların nə vaxtsa qayıtmasına dair presedent yoxdur.
-Hətta yoxdursa belə, nə vaxtsa nədənsə başlamaq lazımdır.
-2008-ci ildə Cənubi Osetiyada baş verən müharibə Cənubi Qafqazdakı təhlükəsizlik məsələlərinə və regional münaqişələrin həllinə necə təsir göstərdi?
-Bu sarsıntı idi. Amma bu, Emrənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlarınn intensivləşməsinə səbəb oldu. 2009-cu ildə ATƏT çərçivəsində 2007-ci ildən hazırlanan sənədin yenilənmiş versiyası - Madrid sənədi təqdim olundu. Daha sonra bu, Minsk qrupunun həmsədrləri və prezidentlər tərəfiundən elan olundu. Bu plan ərazilərdəki işğalın bundan sonra davam edə bilməyəcəyini, bu səbəbdən mərhələli şəkildə qeydə alınmış qrafikə uyğun olaraq qüvvələr Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərdən çıxmalıdırlar. Əlbəttə, Dağlıq Qarabağın statusu məsələsi həmişə gündəmdə qalır. Bu məsələ erməni tərəfi üçün vacibdir. Amma bizim üçün də vacibdir, Ermənistan istisna olmaqla bütün dünya ölkələri kimi biz də bu ərazini Azərbaycanın tərkib hissəsi olaraq görürürük. Boz zona - Qarabağın hazırkı vəziyyəti də çox ciddi problemdir. Biz bunu qəbul edirik. Əgər erməni ordusunun işağl edilmiş ərazilərdən qeydə alınmış qrafiklə çıxması başlasa, bu kommnunikasiyanın açılmasına qədər sülhə inamı möhkəmləndirməyə şərait yaradırsa, əlbəttə ki, bu təhlükəsizlik məsələsində də özünü göstərəcək. Nəinki siyasi, həmçinin hərbi nöqteyi nəzərdən beynəlxalq sülhməramlı müşahidəçilərin həmin yerlərdə yerləşdirilməsi ilə bağlı pronsipial qərar var. İnsanlar qayıtmağa başlayacaqlar,və iqtisadiyyat işə düşəcək. İnsanlar arasında inamın gücləndirilməsi üçün addımlar atılacaq, bu isə vəziyyəti hazırkı ritorikadan çıxarmağa imklan verəcək.
- Bildirisiniz ki, insanlar geri qayıtmağa başlayacaqlar. Siz qayıtma perspektivində Qarabağın özünü nəzədə tutursunuz?
- İnsanlar Dağlıq Qarabağa da qayıdacaqlar.
-Amma orada tamam başqa reallıqda olan nəslin nümayəndələri böyüyüb.
- İnsanlar həmişə düşmənçilik içində yaşa bilməzlər, aksiomasından çıxış etmək lazımdır. Bəzən qonşuları seçmirlər. Münasibətləri yoluna qoymaq üçün biz ciddi xarici siyasət məsuliyyəti daşıyırıq. Amma sənin torpağın işğal olunanda insanlara nə deyə bilərsən? Mən əminəm ki, erməni hərbçilərinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, minimum boşaldılmağa başlamaq yerlərdə vəziyyəti əhəmiyyətli və dramatik şəkildə dəyişəcək.
- 2008-ci ildə Avropda sərhədlərin toxunulmazlığı prinsiplərinə zərbə endirildi. Əvvəlcə Kosovo, daha sonra Abxaziya və Cənubi Osetiyanın tanınması. Keçmiş tabu- kemçiş ittifaqı dövlətlərinin administrativ sərhədlərinə toxunmamaq məsələsi faktiki olaraq artıq mövcud deyil.
- Sizin dediyinizdən belə çıxır ki, biz güclünün hüquqi prioritet olduğu vəziyyətə qayıdırıq. Bu nəyə gətirib çıxaracaq? Helsinki yekun Aktı, BMT-nin Nizamnaməsi kimi əsas sənədlər var ki, məhz bunların əsasında beynəlxalq münasibətlər yaradılıb. Və bu prinsiplər qorunmalıdır, inqilab yox, təkamül olmalıdır. Şübhəsiz ki, texniki inkişaf qarşıya ciddi məsələlər çıxarır. İnternetə daxil olmaq, qloballaşma sərhədləri silir. XX əsrdə baş verənlər isə tektonik proseslərdir. Biz buna hazırmıyıq? Biz güclünün hüququnun hamı üçün şərtlər diktə etdiyi dövrə hazırlıqsız daxil ola bilmərik. Biz hələlik tez anlaşılan yanaşmalar icad etməmişik, mən klassik yanaşmanın tərəfdarıyam. Çünki belə yanaşma minimum balansı saxlamağa imkan verir.
- Siz tektonik prosesləri xatırlatdınız. Azərbaycan Yaxın Şərqdə və Şimali Afrikada yaşananların, baş verənlərin silkələnməsini hiss edir?
- Biz çox diqqətlə izləyirik. Biz Misiri görürük və başa düşürük ki, prezidentin uzaqlaşdırılması və hakimiyyətə ordunun gəlməsi həmişə demokratiyanın təccüsümü kimi yox, başqa cür şərh olunub. Digər tərəfdən əlbəttə ki, kütləvi xalq çıxışları var ki, onları çox diqqətlə təhlil etmək lazımdır. Liviya məsələsinə gəlincə, hələ ki, urğu qoymaq tezdir, buna baxmayaraq... bütün dövlətlər tərəfindən qəbul edilən və mandatına görə beynəlxalq təhlükəsizliyin dəstəkləyən əsas orqan - Birləşmiş Millətlər Təşkilatı, BMT-nin nizamnaməsi, Təhlükəsizlik Şurası var. Ermənistan-Azərbaycan münaqişəsi üzrə də qətnamələr var, bu qətnamələr 1993-cü ildən münaqişənin həllində hüquqi bazadırlar, amma hələ də yerinə yetirilməyib. Amma Liviyaya qarrşı qətnamə qəbul edilir və dərhalicra edilir...
-Ümumi rəyə görə, Yaxın Şərqdə baş verən hadisələrin nəticələrindən biri olaraq Türkiyənin rolu artacaq və İranın mövqeyi möhkəmlənəcək. Həm bu, həm də digər ölkə sizin üçün olduqca mühümdür. Bu yaxınlarda sizin Türkiyə ilə incikliyiniz olmuşdu. İndi vəziyyət necədir?
-Biz bunu inciklik hesab etmirik. İstənilən qonşu dövlətlər arasında mövcud olan məsələlər var. Son 20 ildə təkcə regional deyil, həm də dünya müstəvisində Türkiyənin rolu güclənməkdədir. Türkiyə artıq dünya iqtisadiyyatının aparıcı 20 ölkəsi sırasındadır və bu istiqamətdə yüksəliş davam edir. Burada demoqrafiya amili böyük rol oynayır. Türkiyənin yerləşdiyi coğrafi mövqe onun bir çox məsələlərdə iştirakını müəyyən edir.
- Siz bu gün Türkiyənin erməni-türk barışığı prosesində Azərbaycanın maraqlarını nəzərə almasından razısınız?
- Erməni-türk yaxınlaşması əlbəttə ki, Türkiyənin öz işidir. Biz onun daxili işlərinə qarışa bilmərik. Lakin, digər tərəfdən, əgər bu proses əvvəlki formatda, yəni Azərbaycanın maraqları nəzərə alınmadan aparılarsa, biz buna reaksiya vermək məcburiyyətində qalacağıq. Və Türkiyə rəhbərliyi də bunu anladı. Türkiyənin Ermənistanla sərhədləri bağlamasına başlıca səbəb vaxtikən Dağlıq Qarabağ ətrafı ilk rayonun – Kəlbəcərin işğalı səbəb olmuşdu. Və bu Türkiyə tərəfindən Kəlbəcərin işğalına göstərilən düşündürücü reaksiya idi. Lakin bu, nəyisə dəyişdi? Kəlbəcər azad olundu? Hələ də işğal altındadır. Bu səbəbdən biz Türkiyəni bir nüfuzlu dövlət kimi ərazilərin işğaldan azad olunmasından başlayaraq, nizamlanma çərçivəsində danışıqların irəliləməsinə yardım göstərməyə və burada stabilizator rolunu oynamağa çağırırıq. İnanın, erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması çox ciddi müsbət proseslərə stimul verəcək.
- Ermənistan tərəfi rəsmi Bakının nə dediyinə çox diqqətlə qulaq asır və daima təcavüzkar qeydlər aşkarlayır. Azərbaycan hədələyir - səbrimiz tükənəcək və biz gücdən istifadə edəcəyik.
-Beynəlxalq hüququn prinsiplərindən biri gücdən və ya ondan istifadə hədələrinin istifadə edilməməsidir. Ancaq hazırkı vəziyyətdə gücdən istifadə edilib, özü də biz tərəfdən yox. BMT nizamnaməsində, Helsinki yekun Aktında və digər beynəlxalq sənədlərdə qeyd edilən ərazi bütövlüyü faktı pozulub. Gücdən istifadənin birinci hissəsinin nəticələri aradan qaldırılanda, gücdən istifadə hədələri olmayacaq.
Azərbaycan özünün bütün xarici siyasətini dostluq ruhu çərçivəsində qurmağa çalışır. Gürcüstanda Azərbaycan neft şirkəti - büdcəyə ən çox böyük vergi ödəyicisidir. Xəzər dənizi vasitəsilə bizim qonşularımız Qazaxıstan, Türkmənistanla qarşılıqlı əlaqələr çox pozitiv və hörmət əsasında inkişaf edir. Biz böyük məmnuniyyətlə anaoloji siyasəti Ermənistan ilə də qurardıq. Qarabağla bağlı neqativ nəticələri aradan qaldırsaq, gec və ya tez bu bizdə alınar.
- Sizin daha bir qonşunuz İran bütün dünyanın diqqətindədir və Amerika siyasətinin əsas obyektlərindən biridir. Çoxları hesab edir ki, yalnız İsrail və ya ABŞ tərəfindən gücdən istifadə edilməzsə, artıq İranın nüvə statusuna nail olmasının qarşısını almaq mümkün deyil.
-İran böyük dövlətdir. İki min ildən artıqdır ki, öz dövlətçiliyini qoruyur. Bu faktor diqqətə alınmalıdır. Lakin nüvə məsələsi üzrə vəziyyəti ümumləşdirsək məndə belə təəssürat yaranır. Nüvə texnologiyalarından imtina siyasətini, nüvə silahından istifadə etməmək siyasətinə doğru dəyişmək laımzdır. Yəni geridən getmək lazımdır. Ciddi beynəlxalq hüquqi mexanizmi yaratmaq lazımdır. Bu zəmanət verməlidir ki, sən hətta nüvə silahı sahibi olsan belə, ondan istifadə edə bilməyəsən. Onda nə üçün bu bahalı silahı saxlamalıyıq?
-Bu necə mümkündür? Əgər silah varsa, ondan istifadə oluna bilər.
-XX əsrdə nüvə silahı ortaya çıxanda hamı anlayırdı ki, ondan istifadə etmək çətin olacaq. Çünki bu silah ambisiyaların qarşısını almağa hesablanıb. Bu dayandırılma mərhələsini növbəti pilləyə saxlamaq lazımdır. Nüvə silahından istifadə üçün cavab mexanizmi yaratmaq lazımdır. Nüvə silahlanmasının yayılmasının qarşısını almaq fövqəladə şəkildə mürəkkəb məsələdir.
- Sizi yaxşı anladım, qlobal səviyyədə bunun qarşısını almaq regional səviyyəyə gətirib çıxara bilər? Deyək ki, İran və İsrail bir-birinin qarşısını alır? Və ya ABŞ İrandan ehtiyatlanan ölkələrə nüvə təminat verir?
- İki səviyyyə, yəni qlobal və regional səviyyələr bir-birini tamamlayacaq. Nüvə silahının yayılmasının qarşısını almaq - bu proqnozlaşdırma faktorudur. XX əsrdə bu faktor mövcud idi, amma indi isə bu olduqca zəifləyib. Bunu yenidən yaratmaq lazımdır.
- Bəs konkret olaraq nüvəsi olan İranın perspektivi Azərbaycanı qorxudurmu?
- Biz artıq nüvə nəhəngləri ilə qonşuluqda yaşayırıq. Və anlayırıq ki, bu silahın yayılmaması siyasəti fövqəladə şəkildə mühümdür. Amma bizim üçün bu məsələnin hərb yolu ilə həlli qəti şəkildə qəbul edilməzdir. İranda müstəqil Azərbaycanda da çox azərbaycanlı yaşayır. İranın bilavasitə dostu olaraq əlbəttə ki, biz bu məsələnin hərbi yolu ilə həllini qəbul etmirik.
-Sizcə bütün siyasi suallara hərb yolu ilə cavab tapmaq yolverilməzdir? Yuxarıda müzakirə etdiyimiz məsələləri də bura aid etmək olar.
- Siz bu sualı xarici işlər nazirinə verirsiniz.
- Mən başa düşürəm.
- Əgər siz müdafiə naziri ilə söhbətləşsəydiniz, cavab başqa cür olardı. Mən isə belə hesab edirəm ki, harada ki, diplomatların işləməsi üçün şərait var, orada dipolomatların işləməsinə şərait yaradılmalıdır. Bununla yanaşı, diplomatlar işlərini görərkən, hərbi diplomatiya anlayışı da həmişə mövcud olub. Bu faktor danışıqlar prosesi zamanı həmişə mövcud olub, var, həmişə də mövcud olacaq.
- Sizin söhbətimizin əvvəllərində dediklərinizdən belə qənaətə gəlmək olar ki, Rusiyanın hazırki mövqeyi və prezident Dmitri Medvedevin aktivliyi sizin ürəyinizcədir?
- Rusiyanın Dmitri Anatolyeviçin simasında aktivləşməsi danışıqlar prosesinə öz təsirini göstərməkdədir. Martın 5-də prezidentlərin Soçidə baş tutan son görüşündə biz gördük ki, düzgün yoldayıq. Bundan başqa bir il bundan əvvəl yanvarda Madrid-2-də (yenilənmiş Madrid prinsipləri nəzərdə tutulur) belə təəssürat yaranırdı ki, biz yerimizdə sayırıq. Dmitri Anatolyeviç şəxsən maraqların kəşisməsi nöqtəsi və qeyri-snandart qərarlar qəbul etməyə müvəffəq oldu. Soçidə baş tutan son görüşdə yenidən ümid yarandı. Azərbaycan və Ermənistan arasındakı hazırki qarşılıqlı əlaqələr heç kimi qane etmir. İstəyirik danışıqlar prosesində irəliləyiş gözlədiyimizdən də tez baş versin. Sülh yolu görülən işlərin sonu deyil. Sülh yolundan sonra biz səylərimizi üçqat artırmalıyıq. Dağlıq Qarabağ münaqişəsi çoxlu faktorlardan asılı olan həlli çətin münaqişədir. Biz hətta sülh razılaşması işləyib hazırlaya bilsək, bu, hələ son olmayacaq. Bu tunelin uzaqlığında işıq yanması anlamını daşıyacaq.
Azərbaycan zeytunu və ölkəmizdə zeytunçuluğun inkişafı barədə barədə məqalə hazırlamamışdan öncə, Bakının Hövsan və Zığ qəsəbələrində yerləşən məşhur zeytun bağlarına baş çəkmək qərarına gəldim. Vaxtilə bu bağlardakı ağacların kütləvi şəkildə qırılması və yerində müxtəlif kafe və evlərin tikilməsi barədə mətbuatda çox oxumuşdum. Ancaq yenə də uşaq vaxtı ailəliklə piknikə getdiyimiz zeytun bağlarının olduğu kimi qalması ümidi ilə əraziyə yollandım. Hər ehtimala qarşı fotoaparatım da üstümdə idi. Gördüyüm mənzərə isə ayrı cür idi. Müqəddəs kitab olan Qurani-Kərimdə adı çəkilən üç cənnət meyvəsindən biri - zeytun ağaclarına Azərbaycanda sözün əsl mənasında divan tutulmuşdu...
Nə isə çəkdiyim fotolardan da aydın görmək olar ki, zeytun ağacları əsl soyqırıma məruz qalıb. Ağaclar kəsilib, addımbaşı evlər tikilir. Bu azmış kimi, zeytunluğa tullantıların atılması çox eybəcər və iyrənc mənzərə yaradır. Sanki bu mənzərədən zeytun ağacları belə utanır, öz abır-həyalarını qorumaq üçün quruyurlar. Qurumuş, dibləri, budaqları zibillə dolu olan ağaclara baxanda insan özünə nifrət edir.
Axı zeytun çox faydalı olmaqla yanaşı, həm də çox gəlirli meyvədir. AMEA Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, "Bitkilərin mühafizəsi və monitorinqi" laboratoriyasının müdiri, fəlsəfə doktoru, dosent Vahid Fərzəliyev deyir ki, Azərbaycan zeytunu keyfiyyətinə görə ən yaxşılardan sayılır. Buna səbəb, Azərbaycan iqliminin əlverişli olmasıdır. Azərbaycanda zeytunun 2 sortu, Bakı və Azərbaycan növləri var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirir ki, nazirlik zeytun ağaclarının qırılması ilə daim mübarizə aparır. Nazirlik rəsmisinin sözlərinə görə, bununla bağlı fiziki və hüquqi şəxslər dəfələrlə qanunvericilik əsasında cərimələnib.
"Lakin son vaxtlar zeytun ağaclarının qırılması ilə bağlı faktlar qeydə alınmayıb. Heç bu barədə şikayətlər də olmayıb", deyə İ. İbrahimova vurğuladı.
"Bu il Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun Suraxanı dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yoldakı 5 hektar sahədə 4000 ədəd zeytun ağacı əkilib. Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min m3 torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə artıq zeytun ağacları əkilib", deyə ETSN rəsmisi əlavə etdi.
İqtisadiyyat elmləri namizədi, dossent Müslüm İbrahimov isə hesab edir ki, zeytunçuluq iqtisadi cəhətdən çox səmərəli sahədir.
"Ona görə ki, zeytun qısa müddətdə tam emal və hazır məhsul istehalı üçün ideal bitkidir. Zeytun istehsalı Azərbaycanda Sovet dövründə çox inkişaf edib. Zeytunun həm iqlim şəraiti, həm də torpaq strukturu baxımından Azərbaycanda becərilməsi üçün əlverişli şərait var. Bu zeytunu yüksək səviyyədə istehsal etməyə imkan verir”, deyə M. İbrahimoav qeyd etdi.
“MDB bazarında Azərbaycan zeytunu tanınsa da, Avropa ölkələrində bu bir qədər fərqlidir. Çalışmaq lazımdır ki, zeytunçuluq sahəsinə diqqəti daha çox cəlb edək”, söyləyən Müslüm İbrahimov zeytun ağaclarının qırılmasını iqtisadiyyata vurulan ağır zərbə kimi qiymətləndirdi.
Çox təəssüf ki, Azərbaycanda zeytunun emalı ilə hələ Sovet dönəmində məşhur olan Maştağa qəsəbəsində fəaliyyət göstərən zavod hazırda fəaliyyət göstərmir. Daha doğrusu onun necə fəaliyyət göstəməsi barədə heç kəs məlumatlı deyil.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, müstəqillik dövründə bir çox zavodlar kimi bu müəssisə də fəaliyyətini durdurub.
"Dövlət müəssisələri özəlləşdirildiyindən həmin zavod binasından nə məqsədlə istifadə edildiyi bilinmir. Son vaxtlar bu sahəyə meyl artıb. Hazırda Azərbaycanda zeytunun həm istehsal, həm də emal olunması özəl şirkətlər tərəfindən həyata keçirilir. Bu səbəbdən də bazarda ən çox yerli zeytun və zeytun məhsulları satılır”, deyə M. Hacıyev qeyd edib.
Azərbaycanda zeytun yağı və konserlərinin istehsalı ilə məşğul olan “Azərsun Holdinq” Şirkətlər Qrupunun mətbuat хidmətinin rəhbəri Afiq Səfərov da ANS PRESS-ə açıqlamasında hazırda qurum emal məqsədilə zeytunu əhalidən satın alır. Belə ki, Abşeron zeytunu əhalidən kiloqramı 50 qəpiyə alınır. İlkin emal prosedurasından keçəndən sonra Bakı Yağ Zavodunda yağ istehsal olunaraq qablaşdırılır. Zeytundan alınan yağlar müxtəlif çeşiddədir. Qurum rəsmisinin sözlərinə görə, bütün çeşidlər tərkibinə görə yüksək keyfiyyətə malikdirlər.
Qeyd edək ki, yağ zavodunda zeytun 3 mərhələli istehsal prosesindən keçir. Zeytundan “Viera” məhsulları, “Süzmə” və “Tamas” yağları alınır.
Azərbaycan zeytunundan alınan məhsullar beynəlxalq bazarda, əsasən də MDB məkanına, Şərqə, Orta Asiya və Avropa ölkələrinə çıxarılır. A. Səfərovun sözlərinə görə, “Zeytun bağları” brendi adı altında satılan “Azərsun Holdinq”in zeytun yağları beynəlxalq müsabiqələrdə dəfələrlə birinci yerlərə layiq görülüb.
Kənd Təsərrüfatı Nazirliyinin “Çoxillik bitkilərin əkilməsi və istehsalı” sektorunun müdiri Elbrus Xəlilov ANS PRESS-ə açıqlamasında hazırda Azərbaycanda zeytun istehsalı ilə daha bir müəssisənin -Hövsandakı keçmiş zeytun sovxozunun ərazisində fəaliyyət göstərən “3ES” MMC
mövcud olduğunu qeyd etdi.
"Sovet dövründə Maştağada Konserv zavodu fəaliyyət göstərirdi. Həmin zavodda zeytun həm istehsal, həm də emal olunurdu. Bildiyimə görə, həmin zavod fəaliyyətini dayandırıb. Bir neçə dəfə mən də həmin zavodla əlaqə yaratmaq istəmişəm, amma alınmayıb. Hazırda zavodun binasından necə istifadə olunması məlum deyil”, - deyə Elbrus Xəlilov qeyd etdi.
Hövsanda fəaliyyət göstərən MMC-nin vəziyyəti ilə də maraqlandır. 1997-ci ildən keçmiş 1 saylı Hövsan zeytunçuluq sovxozunun ərazisində fəaliyyətə başlayan “3ES” MMC-nin təsisçisi Salman Cəfərov ANS PRESS-ə açıqlamasında zavodda konservləşdirilmiş zeytun və zeytun yağlarının emal olunduğunu bildirdi.
“Qarşımıza qoyduğumuz məqsədlərdən biri Azərbaycana yeni zeytun növləri gətirməkdir. 2 hektara yaxın yeni zeytun bağları salınacaq. Bu işlərə payızdan başlanacaq. Məhsullarımız “Abşeron zeytunu” markası adı altında satılır”, - deyə Salman Cəfərov əlavə etdi.
Dövlət Proqramı çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara zeytunla bağlı layihələrə güzəştli kreditlər ayırır. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin İctimai qurumlarla əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirdi: “Hazırda Zirə qəsəbəsində zeytunçuluqla məşğul olan sahibkar bizə müraciət edib. 200 hektar ərazidə zeytunçuluğun salınması üçün 400 min manat güzəştli kredit verilib. Artıq 140 hektarda tinglərin salınması başa çatdırılıb. Bu layihə bəyənilib və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilib. 3 ildən sonra sahibkar tərəfindən həmin ərazidən 2 min tondan çox məhsul götürülməsi planlaşdırılır. Sahibkar öz məhsulunu özü emal etmək fikrindədir. Sahibkarlığa Kömək Milli Fondu sahibkarların zeytunla bağlı planlarını qəbul etməyə və məsləhət olarsa, layihəni maliyyələşdirməyə daim hazırdır”.
Azərbaycan zeytunu elə neftimiz qədər tanına bilər. Bunun üçün, Allahın bizə bəxş etdiyi nemətləri qorumaq, verilən ruzimizə təpik atmamaq lazımdır.
DOSTLARINLA PAYLAŞ: