Qaçaqmalçılıq yolu ilə zinət əşyaları keçirmək istədilər
24 Oktyabr 2013 Cümə Axşamı 08:29
Bakı Hava limanında Azərbaycan vətəndaşından 307 qram olan qızıl-zinət əşyaları aşkarlanaraq protokol əsasında götürülüb.
Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini müvəffəqiyyətlə davam etdirir. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu günlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları TK 336 saylı İstanbul-Bakı aviareysinin sərnişini, Azərbaycan vətəndaşı Qəribov Yaşar Nuru oğlunun baqajına X-Ray aparatı ilə baxış keçirərkən, monitorda qızıl-zinyət əşyaların təsvirləri əks olunub.

Y.Qəribov gömrük zonasını tərk edərkən gömrük əməkdaşı tərəfindən saxlanılaraq mütləq bəyan olunası malların olub-olmadığı barədə şifahi sorğu-sual olunub. Gömrük bəyannaməsini təqdim etməyən və mütləq bəyan olunan malların olmadığını şifahi bildirəndən sonra ona məxsus baqaja müvafiq qanunvericiliyə uyğun olaraq təkrar gömrük baxışı keçirilib. Baxış zamanı çantada olan yataq örtüyünün arasından qara rəngli sellofan torbaya yerləşdirilmiş, ümumi çəkisi 307 qram olan qızıl-zinət əşyaları aşkarlanaraq protokol əsasında götürülüb.

Faktla bağlı Qəribov Yaşar Nuru oğlu izahat verərək Bakıdan Türkiyənin İstanbul şəhərinə getdiyini, oradan satış və hədiyyə etmək məqsədi ilə aldığı 307 qram olan qızıl-zinət əşyalarını gömrük rüsumu ödəmədən ölkə ərazisinə keçirmək üçün gömrük orqanına bəyan etmədiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar