Prokurorluq işçilərinə yeni qadağa
11 Mart 2014 Çərşənbə Axşamı 13:07
Prokurorluğun inzibati binalarına giriş və çıxış qaydalarına əlavə və dəyişikliklər edilib.
ANS PRESS-in məlumatına görə, dəyişikliyə əsasən Baş Prokurorluğun binasına giriş zamanı müəyyən yoxlama işləri aparılacaq.
Dəyişikliyə əsasən prokurorluq işçilərinə iş yerlərinə girən zaman smartfon tipli mobil telefonlardan istifadə edə bilməyəcəklər. Bu tipli telefonlar onlardan qapıda alınacaq.
Dəyişikliyə əsasən, vətəndaşların da mobil telefonla prokurorluğun inzibati binalarına girişi qadağan ediləcək.
DOSTLARINLA PAYLAŞ: