Prokurorluğun sturukturunda dəyişiklik edildi
10 İyun 2010 Cümə Axşamı 18:25
Dövlət ittihamının müdafiəsi üzrə İdarənin nəzdində yeni şöbə yaradılıb.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin strukturunda dəyişiklik edilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, İdarənin nəzdində ədalət mühakiməsində dövlət ittihamının yüksək peşəkarlıqla müdafiə olunması, eyni zamanda Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində cinayət işlərinə baxılmasında prokurorların iştirakının səmərəliliyinin artırılması məqsədilə yeni şöbə yaradılıb.

Yeni yaradılan Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində dövlət ittihamının müdafiəsi şöbəsinin rəisi vəzifəsinə baş prokurorun əmri ilə Mircavan Rza oğlu Kazımov təiyin edilib.

M.Kazımov 1986-cı ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2007-ci ildən etibarən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb, baş ədliyyə müşaviri xüsusi rütbəsindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar