Prokuror “Meşə qardaşları”na iş istəyib
15 Oktyabr 2009 Cümə Axşamı 17:10
Bu gün “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Mürvət Həsənov təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov və Rusiya vətəndaşı Maqomed İsayevin hər birinə 15 il, Kamran Bozorgi 10 il, Zabit Şıxbabayev 10 il, Samir Babayev 10 il, Anar Vəlimətov 10, Fariz Məmmədov 9 il, Rasim İsgəndərov 9 il, Taleh Məhərrəmov 9 il, Elşən Allahverdiyev 9, Rafiq Ağacanov 8 il, Zaur Cəfərov 8 il, Azər Baxışov 8 il, Teymur Nərimanov 7 il, Musa Orucov 7 il, Aleksandr Nurəliyev 7 il, Məmməd Məmmədov 7 il, Elxan Osmanov 7 il, Rüfət Rzayev 7 il, Sərdar Bünyatov 7 il, o cümlədən Türkiyə vətəndaşları Yamin Alinin 7 il və Özdəmir Erginin 3 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Azərbaycan vətəndaşları Elnur Bəşirov , Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar