Prezidentin internetdəki statistikası açıqlandı
18 Mart 2014 Çərşənbə Axşamı 16:34
İlham Əliyevin internetdə fəaliyyətini əks etdirən resursların hazırkı vəziyyəti haqqında infoqrafika hazırlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin internetdə fəaliyyətini əks etdirən resursların hazırkı vəziyyəti haqqında infoqrafika hazırlanıb. ANS PRESS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, prezidentin rəsmi “Facebook” səhifəsində yerləşdirilən infoqrafika-videoçarxda əks olunur ki, hazırda ölkə başçısının “Facebook” səhifəsi izləyicilərinin sayı 300 min nəfər təşkil edir.

İzləyicilərin 70 faizi 18-38 yaş arası gəncləri əhatə edir. Gündəlik aktiv istifadəçilərin sayı 80 minə çatır. Səhifəyə gündəlik baxış sayı 250 mini ötür, həftə ərzində 5 mindən artıq istifadəçi qoşulur. Sözügedən səhifədə yerləşdirilən hər yeni post 100 min nəfərdən çox istifadəçiyə çatdırılır. Həftə ərzində 1 milyon baxış olub.

Azərbaycan Prezidentinin “Twitter” səhifəsi iki dildə-Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Azərbaycan dilində olan bölmənin 73 min, ingilis dilindəki bölmənin 63 min istifadəçisi var. Bu günədək 3 min tvitpaylaşılıb.

Ölkə başçısının “YouTube” videoxidmətində olan kanalında 500 video yerləşdirilib. Videolara 1 milyon 750 min baxış qeydə alınıb. Daimi izləyicilərin sayı 5 min nəfəri keçib. Əhatə coğrafiyasına 132 ölkə daxildir.

Prezidentin “Instagram” fotoxidmətində yaradılan səhifəsində 250-dən artıq şəkil yerləşdirilib. Səhifənin izləyicilərinin sayı 18 mini ötüb.

Bunlarla yanaşı, ölkə Prezidentinin “Vimeo” və “Flikr” xidmətlərində də səhifələri fəaliyyət göstərir.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan Prezidentinin məktəblilər üçün internet səhifəsi yaradılıb.

Qeyd edək ki, Prezidentin saytının mobil qurğular üçün əlavəsi də mövcuddur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar