Ölkə

Prezident YUNESKO-nun sabiq rəhbərini qəbul edib

Görüş zamanı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışılıb

· Xəbərçi
Prezident YUNESKO-nun sabiq rəhbərini qəbul edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul edib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayan dövlət başçısı Bakının artıq beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyini deyib. Prezident İlham Əliyev YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşlərini və Bakıda Novruz bayramını birlikdə qeyd etmələrini xatırlayaraq onun Forumda iştirakının önəmini vurğuladı.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə minnətdarlığını bildirən Koişiro Matsuura sivilizasiyalararası əməkdaşlığın genişlənməsində forumun əhəmiyyətini qeyd edib. 2009-cu ildə Novruz bayramı münasibətilə Bakıda təşkil olunan mərasimlərdə iştirak etməsini məmnunluqla xatırlayan Koişiro Matsuura həmin şənliklərin onda böyük təəssürat yaratdığını deyib.

Şərhlər