Prezident xalqı təbrik edib
18 Sentyabr 2009 Cümə 19:10
"Bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm, dualarınızın çin olmasını Uca Yaradandan arzu edirəm"
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib.

"Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Bu mübarək Ramazan günlərində bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, dualarınızın çin olmasını Uca Yaradandan arzu edirəm.
Cəmiyyətimizdə dostluq, qardaşlıq və həmrəylik duyğularını daha da gücləndirən, insanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayını hər il olduğu kimi, bu il də böyük qürur hissi və könül xoşluğu ilə yola salırıq. Bu əziz bayram günlərində bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!", - deyə dövlət başçısının təbrik müraciətində bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar