Ölkə

Prezident su borclarını sildi

İlham Əliyev müvafiq fərman imzalayıb

· Xəbərçi
Prezident su borclarını sildi
Prezident İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında fərman imzalayıb. Sənəddə deyilir ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsinin sürətləndirilməsinə şərait yaratmaq və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi 2011-ci ilin fevralın 1-dən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin.

Fərmana görə, təxminən 10 gün müddətinə əhaliyə borcunun olmadığı barədə sənəd göndəriləcək.

Şərhlər