Ölkə

Prezident Səməd Vurğun və “Muğam” bağlarına baş çəkib

İlham Əliyev burada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub

· Xəbərçi
Prezident Səməd Vurğun və “Muğam” bağlarına baş çəkib
Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı Səməd Vurğun və “Muğam” bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olub.

Bağda yeni inşa edilən fəvvarə italiyalı mütəxəssislər tərəfindən tikilib. Ətraf ərazilər abadlaşdırılıb, bağda Hollandiyadan gətirilmiş gül kolları əkilib. Bağın ərazisində İtaliya istehsalı olan “Venesiya işıqları”, həmçinin, xüsusi sifarişlə hazırlanmış oturacaqlar quraşdırılıb.

Prezident və xanımı Səməd Vurğun bağı ilə üzbəüz yerləşən “Muğam” bağında da aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub. ANSPRESS

Şərhlər