Ölkə

Prezident keçmiş "Binə" ticarət mərkəzinin yerləşdiyi ərazidə olub

İlham Əliyev burada aparılan yaşıllaşdırma işləri ilə tanış olub

· Xəbərçi
Prezident keçmiş "Binə" ticarət mərkəzinin yerləşdiyi ərazidə olub
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün paytaxtın Suraxanı rayonundakı keçmiş “Binə” ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşıllaşdırma işləri ilə tanış olub. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlət başçısına layihə əsasında görülən işlər barədə məlumat verib. Bildirilib ki, 85 hektar ərazidə bütövlükdə 95 min müxtəlif növ ağac əkiləcək. İndiyədək 22 mindən çox ağac əkilib. 35 hektar sahədə isə müasir suvarma sistemi quraşdırılıb.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarə və təşkilatlarının 500-dən çox əməkdaşının iştirakı ilə 5 hektar ərazidə 5 mindən çox yaşıl ting əkilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ərazinin yaşıllaşdırılması layihəsi ilə tanış olduqdan sonra ağac əkiblər. ANSPRESS

Şərhlər