Prezident İlham Əliyev Vətənə qayıdıb
06 İyun 2009 Şənbə 08:45
Onu Sankt-Peterburq şəhərinin hava limanında Rusiyanın dövlət və hökumət nümayəndələri yola salıblar

 

Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb. Dövlət başçısı ötən gün  Vətənə qayıdıb.  Onu Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola salıblar.

Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Qeyd edək ki, İlham Əliyev Rusiya səfəri çərçivəsində  Ermənistan preidenti Serj Sarkisyanlada görüşüb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar