Prezident İlham Əliyev Salyana gedib
29 Aprel 2010 Cümə Axşamı 15:20
Prezident İlham Əliyev Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin açılışında iştirak edib.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonuna səfər edib. Dövlət başçısı bölgəyə səfəri çərçivəsində əvvəlcə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki-iqtisadi göstəriciləri barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev inşaatçılarla görüşündə Ələt-Astara-İran sərhədi avtomobil yolunun bölgənin inkişafındakı rolundan danışıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: