Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Qeyd edək ki, prezident İlham Əliyev səfər çərçivəsində Ermənistanın dövlət başçısı Serj Sarkisyanla görüşəcək. /ANS PRESS/