Prezident İlham Aliyev ve ailesi andiçmeden sonra şeherde
19 Oktyabr 2013 Şənbə 21:38
İlham Aliyev aile üzvleri ile Dövlet bayrağı meydanı, Şehidler Xiyabanı, Fexri Xiyabanda olub, Bakının menzeresini seyr edibler.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev Milli Məclisdə təntənəli andiçmə mərasimindən sonra ailə üzvləri Dövlət Bayrağı Meydanında olub. Fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.

Dövlət Bayrağı Meydanı 2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə təntənəli surətdə açılıb. Bakıdakı bayraq dirəyi hündürlüyünə görə 2010-cu il mayın 29-da Ginnesin rekordlar kitabına daxil edilmişdir. İyirmi min kvadratmetr ərazisi olan meydanda ucaldılan bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın eni 35, uzunluğu 70 metrdir.

Daha sonra prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını, Fəxri xiyabanı ziyarət edib. Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.
Dövlət başçısı Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının ziyarət edib, xatirələrini yad ediblər.



























DOSTLARINLA PAYLAŞ:

oyunlar