Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb
26 May 2011 Cümə Axşamı 20:56
Çağırış 2011-ci il iyulun 1-dən 30-dək davam edəcək.
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.

“Hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar