Prezident Goranboy və Naftalan rayonlarına pul ayırdı
21 Oktyabr 2014 Çərşənbə Axşamı 11:04
Prezident İlham Əliyev Goranboy və Naftalan rayonlarına pul ayrılması ilə bağlı sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Naftalan şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Goranboy Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar