Prezident Buzovnadakı məktəblərdə olub
02 Sentyabr 2011 Cümə 18:13
İlham Əliyev 33 və 125 nömrəli orta məktəblərin, 244 nömrəli uşaq bağçasının binalarında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki 33 və 125 nömrəli orta məktəblərin, 244 nömrəli uşaq bağçasının binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəbləri binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verilib ki, 33 nömrəli məktəb 2002-ci ildə inşa edilib. 168 nəfərlik məktəbdə 267 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Şagird sıxlığı nəzərə alınaraq 33 nömrəli məktəb üçün əlavə 200 şagird yerlik yeni korpus inşa edilib.
340 nəfərlik 125 nömrəli orta məktəbdə isə 555 şagirdin təhsil aldığı, dərslərin iki növbədə tədris olunduğu bildirilib. Məktəbdə şagird sıxlığı nəzərə alınaraq əlavə 6 sinif otağının inşa edildiyi qeyd olunub.
DOSTLARINLA PAYLAŞ: