Prezident 9 milyonuncu vətəndaşın ailəsinə ev bağışladı
15 Yanvar 2010 Cümə 20:20
İlham Əliyev müvafiq sərəncam imzalayıb
Ölkəmizin doqquz milyonuncu vətəndaşının sosial müdafiəsinin təmin olunması zərurətini nəzərə alaraq prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının doqquz milyonuncu vətəndaşının dünyaya gəldiyi ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Əhmədli İlham İslam oğlunun valideynləri Əhmədov İslam İlkin oğlu və Əhmədova Aynur Teymur qızına Bakı şəhərində müvafiq mənzil ayrılmasını təmin etmək barədə göstəriş verilib.
Həmçinin, Mərkəzi Bank Prezidentin Ehtiyat Fondundan Əhmədli İlham İslam oğluna iyirmi min manat məbləğində vəsait ayrımaq və müvafiq hesab açaraq, hər il onun faizlər hesabına artırılmasını və əmanətçi 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin etmək tapşırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: