Prezident 2 milyon manat ayırdı
01 Avqust 2014 Cümə 18:40
İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi ilə bağlı layihələndirmə işlərini təmin etmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar