Pomidor, xiyar bahalaşıb, geyim ve ayaqqabılar ucuzlaşıb
06 Noyabr 2013 Çərşənbə 09:59
Son bir ayda erzaq mehsullarının qiymetleri 1,2 faiz, qeyri-erzaq mallarının qiymetleri 0,4 faiz bahalaşıb.
Son bir ayda ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz bahalaşıb. ANS PRESS-in verdiyi məlumata görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,2 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz artmasına səbəb olub.
Ay ərzində mal ətinin, qarabaşaq yarmasının, almanın, heyvanın, narın, limonun, naringinin, qozun, şabalıdın, kələmin, çuğundurun, kökün, balqabağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, unun, düyünün, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.
Oktyabr ayında qeyri-ərzaq mallarından parçaların, alət və avadanlıqların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, məişət cihazlarının, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.
Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri oktyabr ayında ucuzlaşıb. Ali təhsil müəssələrində təhsil haqlarının, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşıb.
DOSTLARINLA PAYLAŞ: