Polkovnik Rüfət Əmirov danışdı
07 May 2014 Çərşənbə 16:33
Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinə yeni rəisi Rüfət Əmirov təyin olunub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrilə Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinə yeni rəisi Rüfət Əmirov təyin olunub.

ANS TV-nin məlumatına gərə, Rüfət Əmirov silahlı qüvvələrin inkişafi ilə bağlı planlarının olduğunu və bunun icrasına çalışacağını deyib. İdarə rəisi, eyni zamanda cəbhənin müxtəlif istiqamətlərində silahlı qüvvələrımızın keçirdiyi təlimlərə və ordumuzun mənəvi-psixoloji cəhətdən döyüş hazırlığına münasibət bildirib.

Rüfət Əmirovun sözlərinə görə, təlim ona görə keçirilir ki, əsgərlərin döyüş hazırlığın səviyyəsi qalxsın: “Təlim keçirilir və bundan sonra da davam ediriləcək. Bundan başqa əsgərlər arasında mənəvi-psixoloji ruhda tərbiyə tədbirlərinin də keçirməyi planlaşdırırıq. Təlim olmasa, hazırlıq səviyyəsi olmayacaq, ona görə də təlimlər daim keçiriləcək”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar