Polisin selahiyyetleri azaldılır
25 Dekabr 2013 Çərşənbə 15:40
Polis haqqında qanunun 14-cü maddesine deyişiklik edilir.
Azerbaycanda tutulan şexsin polis terefinden saxlanması müddeti ve qaydaları deyişdirilir. Milli Meclisden APA-ya verilen melumata göre, “Polis haqqında” qanunun 14-cü maddesine teklif edilen deyişikliye esasen, polis tutulan şexsi müvafiq orqanlara tehvil verene qeder saxlamaq selahiyyetinden mehrum olunur.
Yeni layiheye esasen, ictimai qaydanın qorunması ve ictimai tehlükesizliyin temin edilmesi sahesinde polis emekdaşının vezifeleri sırasından “tutulan şexsi müvafiq orqanlara tehvil verilenedek saxlamaq” müddeası çıxarılır.
Bunun evezine maddeye bele bir bend elave edilir ki, polis Cİnayet-Prosessual Mecellesi ve “Hebs yerlerinde saxlanılan şexslerin hüquq ve azadlıqlarının temin edilmesi haqqında” haqqında qanunla müeyyen edilmiş müvafiq hallarda ve müddetlerde tutulmuş ve ya hebs edilmiş şexsi müveqqeti saxlama yerinde saxlaya biler.
Layihe Milli Meclisin dekabrın 27-de keçirilecek iclasında müzakireye çıxarılacaq.
DOSTLARINLA PAYLAŞ: