Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Azərbaycanı tərk edib.
Vaqif Əsədov ölkəni tərk edib
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Azərbaycanı tərk edib.
ANS PRESS-in məlumatına görə, bu barədə kütləvi informasiya vasitələrində bildirilib. Məsələyə aydınlıq gətirmək çün Vaqif Əsədovun bacısı Elza Fətullayeva ilə əlaqə saxladıq.
Elza xanımın ANS PRESS-ə verdiyi məlumata görə, Vaqif Əsədov müalicə üçün xarici ölkəyə gedib. Onun sözlərinə görə, yol polisi qan təzyiqindən əziyyət çəkir.
“Qan təzyiqi olurdu. Tez-tez halı pisləşirdi. Işilə bağlı çox yorulurdu. Həm dincəlmək və həm də müalicə almaq üçün gedib. Getdiyi ölkəni dəqiq bilmirəm. İşdən məzuniyyət götürüb”, - deyə Elza Fətullayeva bildirib.