Polis orqanlarında 124 yeni zabit işə başlayacaq
01 İyul 2011 Cümə 14:40
Polis Akadeniyasında məzun buraxılışı olub.
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2010-2011-ci tədris ilinin buraxılışı keçirilib. Akademiyanın rəisi Nazim Əliyev nazir Ramil Usubova 15-ci buraxılışın hazır olması barədə raport verdikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda və xidməti tapşırıqlarını yerinə yetirən zaman həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himninin oxunması ilə rəsmi tədbirə başlanılıb.

N.Əliyev çıxış edərək bildirdi ki, bu il ümumilikdə Akademiyanı 124 məzun bitirib. Məzunlardan 4-ü fərqlənmə diplomuna layiq görülüb.

Daha sonra Ramil Usubov çıxış edərək yeni polisləri təbrik edib: “Ölkənin inkişafi daxili sabitlikdən asılıdır. Bu işdə öhdəçilik polis orqanlarının, siz zabitlərin üzərinə düşür. Sizi təbrik edirəm”.

Nazir çıxışında hazırda ölkə ərazisində cinayətkarlığa qarşı mübarizənin gücləndiyini və bunun üçün polis orqanlarının hər cür imkana malik olduqlarını bildirib.

Sonra nazir R.Usubov Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomlarını təqdim etdi. Ənənəvi olaraq məzunlar Polis Akademiyasının Döyüş Bayrağını 4-cü kurs müdavimlərinə təhvil verib. Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Bildirək ki, Akademiyanı bitirən hər bir məzuna daxili işlər nazirinin əmri ilə leytenat, təhsillərini fərqlənmə diplomu ilə başa vuran məzunlara isə baş leytenat rütbəsi verilir və onlar bir ay ərzində işlə təmin olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar