Polad Bülbüloğlu ses verdi
09 Oktyabr 2013 Çərşənbə 13:34
Azerbaycanın Moskva sefirliyinde teşkil edilen 17 sayılı Yasamal üçüncü seçki dairesinin 40 sayılı seçki menteqesi seçicilerin feallığı ile diqqet çekir.
Azerbaycanın Rusiyadaki səfiri Polad Bülbüloğlu səs verib. ANS PRESS-in Moskva müxbirinin verdiyi məlumata görə, səfir seçkilərin uğurlu keçəcəyinə inandığını deyib.

"Müdrük Azərbaycan xalqı lazımı seçimi edəcək. Burada heç bir təbliğat aparmaq lazım deyil. Ona görə ki, Azərbaycanın nəaliyyətləri göz qabağındadır. Bu gün bir tərəfdən böyük bayramdır, o biri tərəfdən çox böyük bir siyasi hadisədir. Hamımız səbirsizliklə bu günü gözləyirdik ve inanıram ki uğurlu olacağ”.

Rusiyadakı Azərbaycan səfirliyində təşkil edilən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 40 sayılı seçki məntəqəsi seçicilərin fəallığı ilə diqqət çəkir. Seçici siyahısındakı vətəndaşların sayının 1499 olmasına baxmayaraq gün sonuna gədər bu rəqəmin 1800-ə çatması gözlənilir. Bele ki, seçki məntəqəsində fəaliyyət göstərən konsolluq xidməti əvvəlcədən qeydiyyatdan keçməyən həmyerlilərimizi də elə burdaca qeydiyyata alır və vətəndaşlarımız səsvermədə iştirak edir.

Məntəqə seçki komissiyasının sədri Ağalar Atamoğlanovun sözlərinə görə, yarım saata olan məlumata görə, artıq 50 nəfər səs verib. "Bu o deməkdir ki, hər 0,5 dəqiqiədə bir seçici səsvermədə iştirak edir. Yəqin ki, saat 15:00-ə kimi seçicilərimiz daha aktiv iştirak edəcək”.

Rusiyada yaşayan həmvətənlərimiz Moskvadan başqa sankt Peterburq və Yekatrinburq şəhərlərindəki diplomatik nümayəndəliklərimizdə açılan seçki məntəqələrində də səs verə biləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar