Pensiyaçılara bayram müjdəsi
14 Mart 2014 Cümə 13:26
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb.
Fondun mətbuat xidmətindən ANS PRESS-ə verilən əmlumata görə, bu barədə KİV nümayəndələrinə açıqlama verən fondun sədri Elman Mehdiyev bildirib ki, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək yekunlaşdırılması planlaşdırılırdı.
Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam başa çatdırılıb. Müvafiq vəsaitlər artıq pensiyaçıların hesablarına köçürülüb.
“Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb”- deyə fondun sədri qeyd edib.
Qeyd edək ki, DSMF-dən verilən məlumata görə, 2014-cü ilin yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 053 nəfər təşkil edir. Onlardan 62 faizi yaşa görə, 27,3 faizi əlilliyə görə, 10,7 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.
DOSTLARINLA PAYLAŞ: