Paytaxtda hərəkət dayanıb
21 Fevral 2010 Bazar 18:15
Aramsız yağan qar şəhərin həyatını iflic edib
Moskvada aramsız yağan qar şəhərdə bir sıra çətinliklərin yaranmasına səbəb olub. Durmadan yağan qar avtomobil sahibləri ilə yanaşı piyadaların da işini çətinləşdirib. Artıq bir neçə nəfərin yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Rəsmilər yol qəzalarının qarşısının alınması üçün bu günlərdə avtomobil sahiblərini mümkün qədər az şəxsi minik vasitələrindən istifadə etməyə çağırıb. Yağan qarı yollardan təmizləmək üçün paytaxtın kommunal xidmətinin əməkdaşları 24 saatlıq iş rejiminə keçib.

Kommunal xidmətçilər son bir sutka ərzində paytaxt küçələrindən bu qış üçün rekord həcm olan- 400 min kubmetr qar təmizləyib. Gecə saatlarıdan yağmağa başlayan qarı təmizləmək üçün 12 min texnika, 8 min qar təmizləyən maşın və 5500-dən çox insan işə cəlb edilib.

Meteoroloqlar qarlı havaların Rusiya paytaxtında daha bir neçə gün hökm sürəcəyini bildirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar