Partiyalar arasında futbol turniri keçiriləcək
26 May 2011 Cümə Axşamı 16:24
Siyasi qurumların gənclər təşkilatları güclünü müəyyənləşdirəcək
Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının və “N!DA” Vətəndaş Hərəkatının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümünə həsr olunan “Gənclərin Cümhuriyyət Kuboku” mini futbol turniri keçiriləcək. Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən ANS PRESS- ə verilən Turnirdə VHP, KXCP, AXCP, Ümid, Müsavat, ADP, BQP, VİP, AMDEP-nin gənclər təşkilatları, QAT, “N!DA”, “Dalğa”, “Azad gənclik”, “Milli fikir” və “Güvənc Körpüsü” qurumlarının komandaları yarışacaqlar.

Turnir iyunun 1-14-ü aralığında 4 qrup üzrə keçiriləcək. Hər qrupda birinci yer tutan komandalar birincilik uğrunda mübarizə aparmaq hüququ qazanacaq.

Turnirin qalibinə baş mükafat, ikinci və üçüncü yeri tutan komandalara isə sertifikat və mükafat veriləcək. Xatırladaq ki, mayın 30-da, saat 15:00-da VHP-nin mərkəzi qərargahında püşkatma keçiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar