Övladlığa uşaq götürme qaydaları deyişir
11 Fevral 2014 Çərşənbə Axşamı 14:01
Dövlet Komitesi, uşaqların övladlığa verilmesi ve onların sonrakı heyat şeraiti ve terbiyesine nezaretin heyata keçirilmesi haqqında yeni qaydalar hazırlayıb.
Azerbaycan Respublikası Aile, Qadın,ve Uşaq Problemleri üzre Dövlet Komitesi, uşaqların övladlığa verilmesi ve onların sonrakı heyat şeraiti ve terbiyesine nezaretin heyata keçirilmesi haqqında yeni qaydalar hazırlayıb.

Bu qaydalar, övladlığa verilmiş uşaqların sonrakı heyatına nezaret mexanizmini yerinı yetirmek üçün nezerde tutulub. Komite yeni qaydaları layihe formasında aidiyyeti qurumlara teqdim edib. Meselenin qebulu üçün son merhele işler gedir.

Komitenin Hüquqi Teminat şöbesinin müdir müavini Vesile Möhsümovanın ANS PRESS-e verdiyi melumata göre yeni qaydalarda övladlığa götürülmeyle bağlı yerli övladlıq proseslerine nezaretin qeyyumluq ve himayedarlıq orqanları terefinden yerine yetirilmesi, xarici vetendaşlar terefinden övladlığa götürülmenin ise komite terefinden yerine yetirilmesini nezerde tutur.

Yeni qaydalarda en esas övladlığa verilme prosesi uşağın isteyine göre deyilde valideyinin isteyine göre idise, indi uşağın xarakterine, tipine uyğun ailelerin axtarılması esas prioritet olaraq götürülür.

Qeyd edek ki, 2007-2013-cü iller erzinde 39 aile terefinden 41 xususi qayğıya ehtiyacı olan uşaqların övladlığa götürülme prosesi heyata keçib.Bunların 8-i xarici vetendaşlar terefinden övladlığa götürülüb ki, bu ailelerin 4-ü Rusiya vetendaşı olan Azerbaycanlı ailesidi, digerleri Türkiye, İran, Fransa ve ABŞ-dan olan ailelerdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar