Ötən il vəzifə başında öldürülən jurnalistlərin sayı açıqlandı
07 Yanvar 2012 Şənbə 00:41
Beynəlxalq Mətbuat İnstitutu: Jurnalistləri qətli çox ləng araşdırılır.
Ötən il dünyada peşə borcunu yerinə yetirərkən 103 jurnalist öldürülüb. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Mətbuat İnstitutu yayıb.

Jurnalistlər arasında hazırkı ölüm səviyyəsi yüksəkliyinə görə Beynəlxalq Mətbuat İnstitutunun statistika aparmağa başladığı 1997-ci ildən bu yana ikincidir. Eyni zamanda. KİV nümayəndələrinin zorakı ölümə məruz qalması faktlarının coğrafiyası 40 ölkəyədək genişlənib. Bu, ötən illər ərzində ən yüksək göstəricidir. Ötən il jurnalistlər üçün ən təhlükəli ölkə 36 media nümayəndəsinin həlak olduğu Cənubi Amerika, eləcə də, Yaxın Şərq (21 jurnalist) və “Ərəb baharı” iğtişaşları zamanı jurnalistlər arasında tələfatın artdığı Şimali Afrikadır. Hesabatda Azərbaycanda yazıçı və jurnalist Rafiq Tağının qətlə yetirilməsi faktı da öz əksini tapıb.

Beynəlxalq Mətbuat İnstitutu ölkələrin hakimiyyətlərinə jurnailstlərə peşə fəaliyyətlərini əngəlsiz yerinə yetirilməsi imkanı yaratmağa çağırıb. İnstitutun hesabatında bildirilir ki, lokal münaqişələr, korrupsiya faktları və digər cinayətlərin işıqlandırılması zamanı jurnalistlərin qətli faktları ləng araqdırılır, günahkarlar çox nadir hallarda məsuliyyətə cəlb edilirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar