Ötən il 88 faiz işıqpulu yığılıb
22 Yanvar 2010 Cümə 12:30
Respublika üzrə Hacıqabul, Bakı üzrə Səbayel rayonları liderdir
2009-cu ildə Azərbaycanda istehlakçılardan istifadə olunan elektrik enerjisinə görə haqqın yığılması onlara satılan ümumi elektrik enerjisinin 88,1 faizini təşkil edib. Bu barədə ANS PRESS-ə “Azərenerji” Səhmdar Cəmiyyətindən (SC) məlumat verilib.
Ümumilikdə, 2009-cu ildə respublika üzrə elektrik enerjisi haqqının yığılmasının ümumi səviyyəyi 97,7 faiz təşkil edib.
Bununla yanaşı, 2009-cu ildə istehlakçılardan elektrik enerjisi haqqının yığılması üzrə ən yüksək səviyyə Hacıqabul rayonunda qeydə alınıb - 106,9 faiz, Şirvan şəhərində- 106,4 faiz, Mingəçevirdə – 103 faiz, Tovuzda 101,5 faiz, Samuxda – 100,2 faiz, Zərdabda – 104,6 faiz, Tərtərdə 102,3 faiz qeydə alınıb.
Ötən il ödənilən elektrik enerjisi haqqının ən aşağı səviyyəsi, yəni 67,2 faiz Quba rayonunda qeydə alınıb.
SC-in məlumatına görə, 2009-cu ildə Bakıdakı istifadəçilərdən elektrik enerjisi haqqının yığılması 90,1 faiz, yalnız dekabr ayında isə 101,1 faiz təşkil edib.
Ötən il Bakıda elektrik enerjisi haqqının ən yüksək səviyyəsi Səbayel rayonunda (99,4 faiz), ən aşağı səviyyə Sabunçu rayonunda (74,3 faiz) qeydə alınıb.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: