Orxan Zeynalov Rusiyaya kosmosdan gəlməyib
17 Oktyabr 2013 Cümə Axşamı 00:59
Abbas Abbasov Rusiyada yaşayan azərbaycanlıların baş verənlərdən çox təəssüfləndiklərini deyib.
“Rusiyada yaşayan azərbaycanlılar baş verən hadisələrdən çox təəssüflənirlər, mərhumun ailəsinə başsağlığı verir və heç bir halda qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovu dəstəkləmirlər”. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Azərbaycanlıları İttifaqı “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiyada iğtişaşlara səbəb olan qətl hadisəsi ilə bağlı “Dojd” telekanalına müsahibə verərkən bildirib.
“Bütün baş verənlər sistemin mövcud olmamasının göstəricisdir. Hər kəs bilirdi ki, bu bazarlar Moskva şəhərinin ərazisində mövcduddur. Orxan Zeynalov Rusiyaya kosmosdan uçub gəlməyib. O, sərhədi, gömrüyü keçib. Hər bir ölkənin haqqıdır ki, öz ölkəsinin təhlükəsizliyinin təmin eləsin. Bununla Rusiya dövlətinin müvafiq qurumları vaxtında məşğul olmalı idilər”.
DOSTLARINLA PAYLAŞ: